İndiyədək İKZF-nin ayırdığı kreditlərin 67 %-i gənclərə və gənc ailələrə verilib

11:09 - 9.07.2025


9 iyul, Fineko/abc.az. Bu günə İpoteka və Kredit Zəmanət Fondu 116,891 milyon manat məbləğində 1 294 krediti zəmanətlə təmin edib.

ABC.AZ xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev media nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, indiyə qədər qurumun xətti ilə verilmiş ipoteka kreditlərinin 32 %-ni güzəştli kateqoriyaya aid şəxslər alıb.

"Kreditlərin 67 %-i gənclərə və gənc ailələrə verilib, 22 %-i isə regionlarun (52 şəhər və rayon) payına düşüb" - deyə, R.Abdullayev deyib.

Müəllif: Elmir Murad