Azərbaycan nefti bahalaşmaqda davam edir

10:01 - 9.07.2025


9 iyul, Fineko/abc.az. Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

ABC.AZ xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,79 ABŞ dolları, yaxud 1,06 % artaraq 75,49 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.