17:10 - 8.07.2025
8 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib.
ABC.AZ AMB-yə istinadla xəbər verir ki, bununla bağlı qərar iyulun 4-də “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən qəbul olunub.
Sığorta vasitəçilərinin fəaliyyətinin bərpası onların lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədar olub.