"Mega Sığorta" ilə bağlı şikayət indeksi 0.39–0.46 arası dəyişir

10:59 - 8.07.2025


8 iyul, Fineko/abc.az. Mərkəzi Bankın avto‑icbari sığorta üzrə hesabatlarına əsasən, "Mega Sığorta"nın şikayət indeksi 0.39–0.46 arası dəyişir.

ABC.AZ-ın araşdırmasına görə, şirkətlə bağlı narazılıqlar əsasən bildir.az portalında paylaşılıb.

Belə ki, vətəndaşın tibbi sığorta ilə bağlı göndərişinin verilməsində yubanmalar, maneələr yaradılıb. Buna baxmayaraq, şirkətlər bağlı şikayətlərin kəmiyyət göstəricisi aşağıdır.

Yəni, nisbətən müştəri narazılığı azdır. Fərdi hallar mövcuddur – xüsusilə tibbi sığortada xidmət keyfiyyətinə dair narazılıqlar var.

Mərkəzi Bankın hesabatlarında şirkətin indeksi müsbət olduğundan, vətəndaşların şikayəti izlənsə, həll ehtimalı daha yüksək ola bilər. Əgər problem həll edilmirsə,  Mərkəzi Banka və ya İqtisadiyyat Nazirliyinin Antiinhisar və istehlak bazarına nəzarət qurumlarına (AİBND) müraciət etmək lazımdır.

Müəllif: Elmir Murad