Azərbaycan nefti bahalaşıb

10:37 - 8.07.2025


8 iyul, Fineko/abc.az.  Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

ABC.AZ xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,71 % artaraq 74,70 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.