11:15 - 7.07.2025
7 iyul, Fineko/abc.az. Avropa Parlamentində Avropa Komissiyasının rəhbəri Ursula fon der Ləyenə etimadsızlıq votumunun müzakirəsinə başlanılıb.
ABC.AZ xəbər verir ki, səbəb Pfizer preparatı ilə COVID-19-dan peyvəndlərinin alınması və şirkət rəhbəri ilə yazışmaların açıqlanmaması ilə bağlı müqavilələr ətrafında qalmaqal olub.
Səsvermə iyulun 10-na təyin edilib. Votumun qəbul edilməsi üçün 2/3 səs tələb olunur, lakin əksər fraksiyalar təşəbbüsü dəstəkləmir. Ehtimal olunan uğursuzluğa baxmayaraq, qalmaqal şəffaflıq və hesabatlılıq məsələsində EC-yə təzyiqi artırıb.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026