12:13 - 24.06.2025
24 iyun, Fineko/abc.az. Tehran nüvə obyektlərinin bərpasına hazırlıq üçün əvvəlcədən tədbirlər görmüşdü və hazırda dəymiş ziyanı qiymətləndirir.
ABC.AZ xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd Eslami bildirib.
"Biz lazımi hazırlıq tədbirləri görmüşük və hazırda zərəri qiymətləndiririk. Nüvə obyektlərinin bərpasına hazırlıq əvvəlcədən nəzərdə tutulmuşdu və planımız istehsal və xidmət prosesində hər hansı bir kəsilmənin qarşısını almaqdır", — deyə o bildirib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026