Kredit Bürosu əməkdaşlarının sayı hazırda 50 nəfəri ötüb - Zakir Nuriyev

11:55 - 23.06.2025


23 iyun, Fineko/abc.az. 2018-ci ildə cəmi səkkiz bankın iştirakı ilə yaradılan, 10 nəfər işçi heyətindən ibarət olan Kredit Bürosu əməkdaşlarının sayı hazırda 50 nəfəri ötüb.

ABC.AZ xəbər verir ki, bunu Birinci Beynəlxalq Kredit Konfransının açılış mərasimində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, ilk mərhələdə yalnız kredit tarixçələri haqqında bizə məlumatlar kredit bürosundan təqdim edilirdisə, bu gün artıq bu xidmətlərin sayı 35-dən çoxdur.

"Əvvəlki dövrdə Kredit Bürosunun əməkdaşlıq etdiyi təşkilatların sayı yalnız banklar və BOKT-lərdən ibarət idisə, bu gün artıq əməkdaşlıq edən və xüsusən könüllü əməkdaşlıq edən təşkilatların sayı 270-ə çatıb. Bundan öncə mövcud olan qanunvericiliyə əsasən, nisyə mal alqı-satqısını həyata keçirən təşkilatların kredit bürosuna məlumatları təqdim etməsi məcburi xarakter daşısa da, bu gün artıq bu könüllüdür” - deyə Zakir Nuriyev deyib.