11:32 - 23.06.2025
23 iyun, Fineko/abc.az. Təsis edildiyi dövrdən bu günə qədər Kredit Bürosu inqilabi bir inkişaf yolu keçib.
ABC.AZ xəbər verir ki, bunu Birinci Beynəlxalq Kredit Konfransının açılış mərasimində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
O qeyd edib ki, 2024-cü ildə bank sektorunun aktivləri 53 milyard manat olub ki, bu da 2018-ci illə müqayisədə 80 faiz çoxdur:
"Eyni zamanda, bizim bugünkü kredit portfelimizin həcmi son yeddi illə müqayisədə 125 faiz artaraq 29.3 milyard manata çatıb. Təbii ki, bu dövr ərzində bizim vaxtı ötmüş kreditlərimizin həcmi əhəmiyyətli dərəcədə – 2018-ci illə müqayisədə 72 faiz azalıb və artıq 449 000 000 manat təşkil edir.
Lakin bütün bunlara baxmayaraq, artan kreditləşmə səviyyəmiz, artan aktivlərimizin həcmi bir daha bizə özəl kredit bürosunun yaradılmasının və inkişaf etdirilməsinin vaxtında və düzgün qəbul edilmiş bir qərar olduğunu göstərdi”.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026