14:46 - 11.06.2025
11 iyun, Fineko/abc.az. Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 431 vahid artaraq bu il iyunun 1-nə 1 milyon 887 min 346-ya çatıb.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451 200 vahid artaraq 991 122 olub.
"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.
27 İyul 2026