12:32 - 5.06.2025
5 iyun, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorunda yerləşən ””Neft Daşları” yatağından işlənmənin əvvəlindən burada 181,2 mln. ton neft neft hasil edilib (01 aprel 2025-cü il tarixinə olan məlumata görə – red.).
ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, hesabat dövründə 14,2 mlrd. kubmetr səmt qazı hasil edilib.
Məlumata görə, yataqda 1983 quyu qazılıb, bunlardan 430 quyu istismar quyu fondundadır.
“Neft Daşları”da qazılan ilk quyudan 1949-cu ilin noyabrın 7-də neft fontan (gündəlik 100 ton hasilatla) vurub və bununla da, dünya tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026