17:11 - 4.06.2025
4 iyun, Fineko/abc.az. Yayın yaxınlaşması və havaların istiləşməsi ilə ictimai nəqliyyatda, xüsusilə avtobuslarda kondisionerlərin işləməməsi ilə bağlı çətinliklər yaranır.
ABC.AZ-ın məlumatına görə, sürücülər problemin 1 iyundan etibarən həll olunacağını bildirsələr də, bir çox marşrutlarda vəziyyət hələ də dəyişməyib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun sözlərinə görə, daşıyıcılara əvvəlcədən rəsmi qaydada bildirişlər göndərilib və hava şəraitindən asılı olaraq soyutma sistemlərinin işlək vəziyyətdə olması tələb olunub.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026