15:41 - 2.06.2025
2 iyun, Fineko/abc.az. Rusiya və Oman universitetləri ekzoplanetləri öyrənmək üçün kosmik rəsədxana yaradacaqlar.
ABC.AZ xəbər verir ki, rəsədxananın yaradılması Moskva Dövlət Universiteti ilə Sultan Qabus Universiteti arasındakı razılaşmanın bəndlərindən biri olub.
Siyahıda kvant texnologiyası, süni intellekt, molekulyar və regenerativ tibb sahələrində də əməkdaşlıq var.
Tərəfdaşlıq Oman alimlərinə qabaqcıl Rusiya texnologiyalarına çıxış imkanı açacaq.