15:26 - 29.05.2025
29 may, Fineko/abc.az. Rüblük hesabatdan sonra “Nvidia”nın səhmləri 6%-dən çox artıb.
ABC.AZ xəbər verir ki, Şirkətin nəhəng bazar kapitalını nəzərə alsaq, bu, mütləq mənada təxminən 200 milyard dollardır.
ABŞ administrasiyasının Çinə süni intellekt çiplərinin tədarükünə qadağa qoymasına və bu səbəbdən rüblük 2,5 milyard dollar itkiyə baxmayaraq, gəlir (44 milyard dollar) hələ də illik 69% artaraq gözləntiləri üstələyib.
Şirkətin baş direktoru Jensen Huang Donald Trampın mövqeyinə baxmayaraq, Çin bazarı üçün mübarizəni davam etdirir. “Dünyanın süni intellekt üzrə tədqiqatçılarının yarısı Çindədir, buna görə də Çini fəth edən platforma qlobal liderliyi təmin edəcək”, – Jensen Huang söyləyib.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026