09:56 - 29.05.2025
29 may, Fineko/abc.az. “Cəlilabad Broyler” ASC 2024-cü ili 159 min manat zərərlə başa vurub. 2023-cü ildə broyler şirkətinin zərəri 248 min manat olub ki, bu da illik müqayisədə zərərin 36% azalmasıdır.
ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Cəlilabad Broyler” ASC-nin gəlirləri 177 min manat, əməkhaqqı xərcləri 17 min manat, amortizasiya xərcləri 273 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixinə şirkətin cəmi kapitalı 5 milyon 137 min manatdan 4 milyon 903 min manata düşüb, cəmi öhdəlikləri isə 132 min manatdan 2 milyon 154 minə çatıb.
Xatırladaq ki, ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 849 238 manatdır və qanuni təmsilçisi İbrahim Rəhimovdur.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026