14:19 - 26.05.2025
26 may, Fineko/abc.az. Bu il ABŞ Çin istehsalı olan təyyarələri rekord qiymətə – hər birini $119,3 mln almağa başlayıb.
ABC.AZ xəbər verir ki, bu əvvəlki qiymətlərdən 4,5 dəfə yüksəkdir. Analitiklər qiymət artımını Çin mallarına tətbiq olunan yeni rüsumlarla əlaqələndirirlər.
Aprel ayında Çin ABŞ-a ümumi çəkisi 15–45 ton olan dörd təyyarə ixrac edib. Ümumi məbləğ $477,2 milyon təşkil edib ki, bu da orta hesabla hər bir təyyarə üçün $119,3 milyon deməkdir. Həmin tarixdən sonra belə tədarüklər qeydə alınmayıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ABŞ oxşar tipli doqquz təyyarə alıb və bu alışlara ümumilikdə $234,1 milyon xərclənib. Ən bahalı təyyarənin qiyməti $47,3 milyon olub, orta qiymət isə $26 milyon təşkil edib.