17:02 - 23.05.2025
23 may, Fineko/abc.az. Aprel ayında Yaponiyada inflyasiya illik müqayisədə 3.6% təşkil edib.
ABC.AZ xəbər verir ki, bu məlumatlar bu gün, mayın 23-də Yaponiya statistika idarəsi tərəfindən dərc edilib. Ərzaq məhsullarının qiymətlərinin mövsümi dəyişməsini nəzərə almayan əsas istehlak qiymətləri indeksi 3.6% bahalaşıb. Bu, 2023-cü ilin yanvarından bəri iki ildən çox müddətdə rekord artımdır.
Apreldə yüksək inflyasiya səviyyəsi ilk növbədə ərzaq qiymətlərinin kəskin artması ilə (il ərzində 7%) izah olunur. Bəzi məhsulların qiymətləri xüsusilə kəskin artıb: bir il ərzində düyü demək olar ki, iki dəfə, şokolad isə 31% bahalaşıb.
ABŞ-də yerləşən “State Street Global Advisors” şirkətinin Asiya-Sakit Okean üzrə iqtisadçısı Krişna Bhimavarapunun qeyd etdiyi kimi, “yüksək inflyasiya istehlakı azalda və iqtisadi artımı ləngidə bilər”.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026