Bakıda bu yol bağlanacaq - Səbəb

16:36 - 23.05.2025


23 may, Fineko/abc.az. Sabah saat 08:00-dan mayın 27-si saat 22:00-a qədər Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.