14:07 - 19.05.2025
19 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən Azərbaycana gələnlərin sayı 2,8 dəfə, Tacikistandan – 2,0 dəfə, Çindən – 1,7 dəfə, İordaniyadan – 45,6 faiz, Hindistandan – 32,9 faiz, Qırğızıstandan – 32,1 faiz, İspaniyadan – 28,8 faiz, Yaponiyadan – 26,7 faiz, Pakistandan – 22,5 faiz, ABŞ-dan – 20,2 faiz, Qazaxıstandan – 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 16,6 faiz, Kanadadan – 15,5 faiz, Niderlanddan – 10,7 faiz, İtaliya və Misirdən – 10,0 faiz artıb.
ABC.AZ DSK-ya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 faiz artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 faiz azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 243,0 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 12,2 faiz artaraq 347,2 min nəfər təşkil edib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026