“Starbucks” Çindəki payını satmağın yollarını axtarır

10:02 - 15.05.2025


15 may, Fineko/abc.az. Qəhvə şəbəkəsi “Starbucks” Çində biznes qurmaq və onun necə inkişaf etdirə biləcəyi ilə bağlı fikirləri öyrənmək üçün bir sıra potensial investorlara məktublar göndərib.

ABC.AZ xəbər verir ki, xüsusilə, şirkətin payının mümkün satışı variantı nəzərdən keçirilir deyə Bloomberg” yazır.

Sözügedən məqalədə qeyd edilib ki, aktivlər bir neçə milyard dollar dəyərində qiymətləndirilə bilər. Aprelin sonunda “Starbucks”ın CEO-su Brayan Nikol məhsul təklifləri və qiymətlərdəki dəyişikliklərdən sonra Çində inkişafın əldə edildiyini açıqlayıb. Həmin vaxt o, şirkətin “uzunmüddətli perspektivdə” bu ölkəyə fokuslandığını qeyd edib.

2024-cü ilin oktyabrında Nikol “Starbucks”ın uzunmüddətli perspektivdə ona kömək edəcək tərəfdaşlıqlar araşdırdığını söyləyib, lakin nə demək istədiyini açıqlamayıb.