11:59 - 7.05.2025
7 may, Fineko/abc.az. Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yeni laboratoriya şəbəkəsinin qurulması ilə bağlı Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) ilə yeni müqavilə imzalanıb.
ABC.AZ xəbər verir ki, bu barədə AzMİ-dən bildirilib.
Sənədə əsasən, AzMİ-nin nəzdində 10 yeni laboratoriyanın qurulması və 4 mövcud laboratoriyanın təkmilləşdirilməsi işləri nəzərdə tutulur. Görülən tədbirlər ölkədə keyfiyyət infrastrukturunun gücləndirilməsi, ixrac potensialının artırılması və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına hədəflənib.
18 Avqust 2026