16:14 - 6.05.2025
6 may, Fineko/abc.az. "OpenAI” şirkəti süni intellekt redaktoru “Windsurf”u 3 milyard dollara almaq üçün razılığa gəlib.
ABC.AZ xəbər verir ki, bbu barədə “Bloomberg” yazır. Agentliyin mənbələri qeyd edir ki, müqavilə hələ bağlanmayıb.
Sözügedən yazıda qeyd edilib ki, sövdələşmə “OpenAI”yə AI kodlaşdırma köməkçisi bazarında artan rəqabətlə mübarizə aparmağa kömək edəcək.
“Windsurf” (daha əvvəl – “Codeium”) 2021-ci ildə yaradılıb və ümumi 200 milyon dollardan çox vəsait toplayıb. 2025-ci ilin fevral ayında “TechCrunch” şirkətin 2.85 milyard dollar toplamaq üçün danışıqlar apardığını yazıb. 2024-cü ilin avqustunda investorlar “Codeium”u 1.25 milyard dollar dəyərində qiymətləndiriblər.
Qeyd edək ki, “OpenAI” İlon Maskın “SpaceX” və Çinin “ByteDance” şirkəti ilə birlikdə dünyanın ən dəyərli 3 startapı sırasındadır.