“Volqa” və Bugatti-nin unikal sintezi təqdim olunub

12:24 - 5.05.2025


5 may, Fineko/abc.az. Minskdə keçirilən “Tachki Cyber” sərgisində “Volqatti” adlı qeyri-adi avtomobil təqdim olunub – bu maşın sovet “QAZ-21 Volqa”sı ilə Bugatti Chiron hiperkarının birləşməsidir.

ABC.AZ xəbər verir ki, üç ildən çox üzərində işlənilən layihənin dəyəri 120 min dollar təşkil edib. Avtomobilin əsasını 333 a.g. ilə 4.4 litrlik V8 mühərrik, arxa ötürücü və avtomatik sürətlər qutusu olan BMW 6-cı seriyası (E63) təşkil edir. “Volqa”dan yalnız xrom detalları və kapot üzərindəki, Rolls-Royce avtomobillərini xatırladan, hərəkətli maral fiquru saxlanılıb.

Layihə komandası bu şou-avtomobillərin kiçik partiyalarla istehsalını və hər birinin təqribən 120 min dollara satışını nəzərdən keçirir.