16:18 - 30.04.2025
30 aprel, Fineko/abc.az. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan qonşuları ilə, o cümlədən Gürcüstan və İranla münasibətləri inkişaf etdirmək istəyir.
ABC.AZ xəbər verir ki, Paşinyan balanslaşdırılmış xarici siyasətə sadiq qaldıqlarını bildirib: “Biz xarici siyasətimizi tək bir istiqamətə yönəltmirik, düzgün balanslar qurmağa çalışırıq”.
“Beynəlxalq tərəfdaşlarımızla yaxşı münasibətlər qurmaq istəyirik. Xüsusilə də region ölkələri — Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, Gürcüstan və İranla əlaqələri inkişaf etdirmək niyyətindəyik. Həmçinin Avropa İttifaqı ilə münasibətləri daha da dərinləşdirmək istəyirik”, — deyə o bildirib. Paşinyan viza rejiminin liberallaşdırılması üzrə başlanan prosesin yaxın vaxtlarda yekunlaşacağına ümid etdiyini də vurğulayıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026