“General Motors” Trampa görə səhmlərini geri almağı dayandırdı

10:30 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Amerika avtomobil istehsalçısı “General Motors” 2025-ci il üçün mənfəət proqnozundan imtina edib və ABŞ prezidenti Donald Trampın idxal tarifləri səbəbindən 4 milyard dollarlıq səhmlərin geri alınması proqramını dayandırıb.

ABC.AZ xəbər verir ki, Şirkətin baş maliyyə direktoru Paul Ceykobson bildirib ki, şirkətin cari il üçün ilkin maliyyə proqnozu tariflərin təsirini əhatə etməyib və artıq etibarsız hesab olunur.

Onun sözlərinə görə, “GM” tariflər haqqında daha çox məlumat əldə etdikdən sonra proqnozunu yeniləyəcək.

Xatırladaq ki, daha əvvəl Tramp administrasiyası mayın 3-dən etibarən ABŞ-dən avtomobil idxalına 25% rüsum tətbiq edəcəyini açıqlayıb.