Azərbaycanda azalan avtomobil modelləri - Siyahı

10:19 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Bir zamanlar Azərbaycanda tez-tez rast gəlinən “VAZ” avtomobil modelləri yavaş-yavaş tarixə çevrilir.

Banker.az xəbər verir ki, Azərbaycanda 2024-cü ilin avtopark statistikası bir çox modellər üçün geri sayımın başladığını göstərir.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən demək olar.

Ən çox say azalan modellər sırasında Sovet dövrünün simvollarından olan Vaz-2101, 03-06 modelləri ön sıradadır.

Ölkədə “Mercedes-Benz”dən sonra ikinci ən populyar marka olan “VAZ”ların sayı keçən il 241 ədəd azalıb.

Eyni aqibəti “GAZ 31” markası (130 ədəd azalma), “VAZ” 2105 və 2107 markası (73 ədəd azalma), “GAZ 24” markası (71 ədəd azalma) və “Moskviç” markası (37 ədəd azalma) kimi adlar da yaşayır.