Avropa raketi Vega-C elmi Biomass peyki ilə orbitə buraxılıb

16:42 - 29.04.2025


29 aprel, Fineko/abc.az. Vega-C daşıyıcı raketi Fransız Qvianasındakı Kuru kosmodromundan buraxılıb.

ABC.AZ-ın məlumatına görə, peyk Avropa Kosmik Agentliyi (ESA) üçün təxminən 666 km hündürlükdə Günəş sinxron orbitinə çıxarılıb.

Biomass zondunun 5 il ərzində müşahidə aparacağı və dünya üzrə ən azı səkkiz meşə artım dövrünü izləyə biləcəyi bildirilir.