"Unicapital"ın müştəri sayı 1 milyonu keçib

14:20 - 29.04.2025


29 aprel, Fineko/abc.az. "Unicapital"ın müştəri sayı 1 milyonu keçib.

ABC.AZ xəbər verir ki, bunu media nümayəndələri ilə görüşdə "Unicapital"ın İnvestisiya Şirkətinin Baş Direktoru Vüqar Namazov deyib.

Bunu sevindirici hal hesab edən V.Namazov hesab edir ki, bu maliyyə əlçatanlığının nəticəsində formalaşıb. Rəhbərlik etdiyi şirkətin ötən il həyata keçirilmiş əməliyyatlarından danışan Baş direktor böyük məbləğ açıqlayıb:

"Unicapital"ın 2024-cü ildə 34 milyard manatlıq əməliyyatları olub. Qeyd edim ki, mövcud investorlar bizə imkan verir ki, biz yeni investisiya cəlb edə bilək. Bununla da bu sahədə daha dinamik və  canlanma olacağını ehtimal edirik".

Müəllif: Elmir Murad