15:57 - 17.09.2018
17 sentyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan 18,914,5 min ton neft ixrac edib ki, bu da keçən ilin analoji dövrünə nisbətən 0,1% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan 5,176,4 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da analoji dövrün göstəricisindən 1,3% azdır.
“Yanvar-iyul aylarında Azərbaycandan ixrac olunan neftin ümumi həcmi 9,482,475 dollar təşkil edib ki, bu da keçən ilin 7 ayının göstəricisindən 42,1% çoxdur", - məlumatda belə deyilir.
2018-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən ümumi xam neftin həcmi 16,658.9 ton olub və 8 676 292,3 min dollar təşkil edib.
“2018-ci ilin yanvar-iyul aylarında Azərbaycandan ixrac olunan qazın ümumi dəyəri 893 684,5 ABŞ dolları təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 12,1% çoxdur", - məlumatda belə deyilir.
2018-ci ilin yanvar-iyul ayları ərzində gömrük bəyannamələri üzrə qeydiyyatdan keçmiş qazın ixracı 4 049,7 milyon kubmetr həcmində və 749,714.0 ABŞ dolları təşkil edib.
30 İyul 2026
28 İyul 2026