14:02 - 11.04.2025
11 aprel, Fineko/abc.az. Azərbaycanda hər on nəfərdən biri məcburi köçkün vəziyyətində yaşayır.
ABC.AZ xəbər verir ki, bunu 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev bildirib.
O deyib ki, 30 il əvvəl evlərindən didərgin salınan şəxslərin bütün yaşayış məkanları yerlə-yeksan edilib: “İşğaldan azad edilən Qarabağın bərpası işlərinə milyardlarla dollar həcmində sərmayə qoyulub. Bu, bir ölkə üçün çox böyük məbləğdir”.
A.Hacıyev vurğulayıb ki, qaçqın və köçkünlərin problemi tək bir ölkənin problemi deyil, bu, qlobal məsələdir. (Report)