12:09 - 9.04.2025
9 aprel, Fineko/abc.az. Bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
ABC.AZ xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə (179 nəfər) köçürülür.
Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026