Buna görə "28 May"da qazıntı işləri aparılacaq

16:32 - 7.04.2025


7 aprel, Fineko/abc.az. “28 May” stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına cari ildə başlanacaq.

ABC.AZ xəbər verir ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində görüləcək işlər nəticəsində bu xətlərin müstəqil olması hər birinin öz infrastrukturu çərçivəsində fəaliyyətinin, idarəetmə prinsiplərinin, sərnişindaşıma xidmətinin və texniki quruculuğunun daha səmərəli və keyfiyyətli təşkilinə imkan yaradacaq.

Tədbirlərə metronun “28 May” stansiyası yaxınlığında qazıntı işləri ilə başlanılacaq. Ərazinin ağır geoloji quruluşa malik olması səbəbindən ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək. Bu işlər “Cəfər Cabbarlı-Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası ilə tamamlanacaq.