14:21 - 3.04.2025
3 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Ağdam şəhərinə ilk köçün tarixi açıqlanıb.
ABC.AZ xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov müsahibəsində Ağdamın gələcək poyensialı barədə məlumat verib.
O qeyd edib ki, Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq.
"2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri, muğam mərkəzi inşa olunacaq. İmarət Kompleksi hazırdır, Cümə məscidi restavrasiya olunub. İşğal və Zəfər muzeyləri inşa ediləcək. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub” - deyə E. Hüseynov bildirib.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026