“Xalq Sığorta” ASC çətin durumda - Mənfətti 3 dəfə azalıb

11:12 - 3.04.2025


3 aprel, Fineko/abc.az. “Xalq Sığorta” ASC 2024-cü ili 4 milyon 791 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ildə 12 milyon 466 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 3 dəfəyə yaxın azalmadır.

ABC.AZ adıçəkilən sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Xalq Sığorta” şirkətinin cəmi gəlirləri 28 milyon 843 min manat (əvvəlki ilə nisbətən 33% az), cəmi xərcləri 24 milyon 874 min manat (22% az) təşkil  edib.

“Xalq Sığorta”nın hesabladığı sığorta haqları 2023-cü ildə 24 milyon 46 min manat ikən, 2024-cü ildə 24 milyon 606 min manata çatıb.