Azərbaycan Avropaya bərpaolunan enerji ixrac edəcək

14:39 - 2.04.2025


2 aprel, Fineko/abc.az. Bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var.

ABC.AZ xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.

“Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”, – deyə dövlətimizin başçısı vurğulayıb.