17:28 - 1.04.2025
1 aprel, Fineko/abc.az. Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır.
ABC.AZ xəbər verir ki, 2024-cü ildə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi $1,17 trilyon ABŞ dolları təşkil edib ki, bu da $33 trilyon ABŞ dolları həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,5%-nə bərabərdir.
TDT 2025-ci ilə qədər üzv dövlətlər arasındakı ticarət dövriyyəsini ikiqat artırmağı və 100 milyard ABŞ dolları hədəfinə çatmağı qarşısına məqsəd qoyub ki, bu, regiondakı iqtisadi əlaqələri daha da gücləndirəcək.
Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla, 605,88 milyard ABŞ dolları ilə liderlik edir.
Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 141,41 milyard ABŞ dolları və $65,93 milyard ABŞ dolları ilə ticarət həyata keçirib. Qazaxıstanda və Özbəkistanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Azərbaycan 5,27 milyard ABŞ dolları miqdarında müsbət ticarət balansına nail olub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026