Yığımları ən yüksək olan sığorta şirkətləri - Siyahı

16:22 - 1.04.2025


1 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarının nəticələrinə görə Azərbaycanda sığorta yığımları 281,2 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yığımları ən yüksək olan şirkətlər 100,4 milyon manatla "Paşa Həyat Sığorta" və 95,2 milyon manatla "Paşa  Sığorta" şirkətləri olub.

“Qala Sığorta" Şirkətinin ödənişləri 19,2 milyon manatı keçib.

"Atəşgah Həyat Sığorta"nın yığımları isə 16,8 milyon manata çatıb.

“Atəşgah” Sığorta Şirkəti isə 9,6 milyon manatdan çox sığorta haqqı toplayıb.

"Aqrar Sığorta"nın yığımları  isə 7,9 milyon manatdan yüksək olub.