Abu Dabi turistlərə “Abu Dhabi Pass” pulsuz rəqəmsal bilet təklif edir

11:34 - 10.03.2025


10 mart, Fineko/abc.az. Abu Dabi Mədəniyyət və Turizm Departamenti və Etihad Airways “Abu Dhabi Pass” pulsuz rəqəmsal bilet istifadəyə verib. 

ABC.AZ xəbər verir ki, aviaşirkətin sərnişinlərinə və əmirliyin bütün ziyarətçilərinə 10Gb Turist SİM kartı, ictimai avtobuslardan məhdudiyyətsiz istifadə imkanı və şəhərin görməli yerlərini gəzmək üçün gecə-gündüz avtobus marşrutları şəbəkəsi kimi bir sıra imkanlar təqdim edəcəkdir.

“Abu Dhabi Pass” sahibləri, həmçinin Qasr Al Watan və Louvre Abu Dhabi də daxil olmaqla BƏƏ paytaxtının əsas mədəniyyət müəssisələrində eksklüziv endirimlər əldə edəcəklər.