17:27 - 6.03.2025
6 mart, Fineko/abc.az. Ukrayna ordusu Avropada Rusiya ordusundan sonra ikinci ən böyük ordudur.
ABC.AZ xəbər verir ki, bu barədə müvafiq infoqrafika dərc edən Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya 1,3 milyon əsgərlə Avropa qitəsində ən böyük orduya malikdir.
İkinci yerdə 900 min əsgərlə Ukrayna gəlir.
Üçüncü yerdə isə 355 min əsgərlə Türkiyə qərarlaşıb.
“Bild” qəzeti həmçinin Rusiya və ABŞ-ın hərbi potensialını müqayisə edib.
Bildirilib ki, Rusiyanın daha çox tankı var – 5750 ədəd, Amerikada isə ondan xeyli azdır – 4640 ədəd.
Döyüş təyyarələrinin sayına gəldikdə, burada ABŞ üstündür – 1520-yə qarşı 2680 ədəd.
Ümumilikdə NATO qüvvələrinə 3,6 milyon əsgər, 7500 tank və 4500 döyüş təyyarəsi daxildir.
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026