10:24 - 28.02.2025
28 fevral, Fineko/abc.az. Ölkəmizdə hazırda 628 hakim fəaliyyət göstərir.
ABC.AZ xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.
O qeyd edib ki, hakim korpusunun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırıb.
“Nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir", - sədr əlavə edib.
Qeyd edək ki, bu gün bakıda Azərbaycan Hakimlərinin ilk Forumu keçirilir. (Trend)
30 İyul 2026
29 İyul 2026