Ölkədə quraşdırılan elektrikdoldurma cihazların sayı açıqlanıb

14:57 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Azərbaycanda 195 məntəqədə 430 elektrikdoldurma cihazları quraşdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev məlumat verib.

O qeyd edib ki, quraşdırılan elektrikdoldurma cihazları ekoloji təmiz nəqliyyat vasitələri üçün yaxşı infrastruktur formalaşdırıb və bu elektrikdoldurma cihazlarının vahid platformada birləşməlidir ki, istifadə rahatlığı təmin edilsin.