Ötən il 28,7 min nəfər əcnəbi Azərbaycandakı taksidən narazı qalıb

16:01 - 25.02.2025


25 fevral, Fineko/abc.az. Ötən il ərzində Azərbaycanda 28,7 min nəfər əcnəbi Azərbaycanda taksi xidmətlərini qənaətbəxş hesab etməyib.

ABC.AZ Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, onların təxminən 9,7 min nəfəri ruslar, 4 min nəfəri hindlilər, 2,6 min nəfəri türklər olub.

Bundan başqa narazı olanların 1,2 min nəfəri SƏ vətəndaşları, 1,1 min nəfəri pakistanlılar, 1,05 nəfəri qazaxlar, 1,7 min nəfərə yaxın olanlar isə gürcülər olub.

1,2 min nəfər BƏƏ, min nəfər Çin vətəndaşı da avtobusların sərnişindaşıma xidmətlərini bəyənməyib.

Bu xidmələri qənaətbəxş hesab etməyənlərdən 9 nəfəri Suriya, 44 nəfəri isə Norveç vətəndaşlarıdır.