Hindistanda süni adada hava limanı tikiləcək

15:00 - 18.02.2025


18 fevral, Fineko/abc.az. Hindistan, hökumətin ölkənin infrastrukturunu dəyişdirmək təşəbbüsü ilə ölkənin maliyyə paytaxtı Mumbai yaxınlığında ilk dəniz hava limanını qurmağa hazırlaşır.

ABC.AZ xəbər verir ki, yeni mərkəz Hindistanın qərb sahili boyunca Vadhvan Dəniz Limanı yaxınlığında süni bir adada yerləşəcəkdir. Liman layihəsi Hong Kong Beynəlxalq hava limanını və Osaka'daki Kansai beynəlxalq hava limanını xatırladır. Hər ikisi süni adalarda yerləşir.