Rusiyalılar kitablara xərcləri artırıblar

16:21 - 11.02.2025


11 fevral, Fineko/abc.az. Rusiyalılar kitab mağazalarında xərcləri 16% artırıblar. 

ABC.AZ xəbər verir ki, eyni zamanda, alışların sayı 7%, orta çek isə 22% artaraq 421 rubla çatıb. Çox vaxt bu cür alış-verişi qadınlar edirdilər: onların payı ümumi alıcıların 73%-ni təşkil edib.

Rusiyadakı alıcılar kitab mağazalarında təkcə tədris ədəbiyyatını deyil, həm də bədii, eləcə də populyar elmi nəşrlər, jurnallar və təqvimlər alırlar.
Bundan əvvəl "Lan" Elektron Kitabxana Sisteminin direktoru Aleksandr Nikiforov müntəzəm oxumağın təkcə dünya görüşünü genişləndirməyə deyil, həm də beynin səmərəliliyini artırmağa və ümumi həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verdiyini demişdi.