15:04 - 14.01.2025
14 yanvar, Fineko/abc.az. Almaniyanın Volkswagen avtokonserninin dünya üzrə avtomobil satışları 2024-cü ildə 2023-cü illə müqayisədə 2,3% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.
Ötən il Volkswagen dünyada 9,03 milyon avtomobil istehsal edib. 2023-cü ildə şirkət 9,2 milyon avtomobil tədarük edib.
Satışların azalmasına Çindəki zəif tələb və elektromobillərə artan tələb təsir edib.
Belə ki, Volkswagenin Çinə ümumi tədarükü 9,5% azalaraq 2,93 milyon avtomobilə, elektromobillərin satışı isə illik ifadədə 3,4% azalıb.
8 Avqust 2026
8 Avqust 2026