16:51 - 9.01.2025
9 yanvar, Fineko/abc.az. Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc edilmiş Dünya Pasport İndeksində 70-ci yerini qoruyub.
Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız səfər edə bilərlər.
Reytinq cədvəlində Gürcüstan Moldova ilə birlikdə 44-cü yeri (122 vizasız istiqamət) bölüşüb. Ermənistan da 68 vizasız istiqamətlə 74-cü yerdə mövqeyini qoruyub.
Bu il Sinqapur pasportu ən güclü pasportdur. Bu ölkənin vətəndaşları 195 ölkəyə vizasız və yaxud çatdıqdan sonra viza almaqla səyahət edə bilərlər.
İkinci yeri Yaponiya tutub, bu ölkənin vətəndaşları üçün 193 istiqamət vizasız əlçatandır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026