16:30 - 28.12.2024
28 dekabr, Fineko/abc.az. Türkmənistan Hava Yolları Aşqabad-Moskva uçuşlarını 2025-ci ilin yanvar ayının sonunadək dayandırdığını bildirib.
ABC.AZ xəbər verir ki, aviaşirkətin məlumatına görə, “Turkmenistan Airlines” 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reysləri ləğv edib.
Uçuşların təxirə salınmasının səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, dekabrın 25-də AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması fonunda bir neçə xarici aviaşirkət Rusiyaya uçuşları dayandırıb. Onların arasında AZAL-ın özü, həmçinin Qazaxıstanın “Qazaq Air”, İsrailin “El Al”, Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” kompaniyaları da var. (Azərtac)
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026