11:32 - 27.12.2024
27 dekabr, Fineko/abc.az. Hər il olduğu kimi, bu il də Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) illik hesabatını təqdim edib.
ABC.AZ xəbər verir ki, ilin yekunlarına dair tədbirdə ABADA- nın Baş Katibi Kənan Qurbanov jurnalistlərə bir sıra vacib yenilikləri çatdırıb.
O qeyd edib ki, təmsil etdiyi qurum Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi Şurasının elektron əmtəə nəqliyyat qaiməsi (e- SMR) tətbiqi ilə bağlı, tədbirlərdə iştirak edib.
K.Qurbanov bildirib ki, bu il Rusiya Federasiyasının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
"1305 - daşıyıcıya, 178 - operatorun məsul şəxsinə 133 ədəd Beynəlxalq daşımalar haqqında təlim- tədris keçirilərək Şəhadətnamələr verilib.
330 – daşıyıcıya təhlükləli yüklərin daşınması barədə təlim kursları keçirilərək, Şəhadətnamələr verilib.
Beynəlxalq daşımaların inkişafı ilə əlaqədar, Nazirliyə təkliflər verilmişdir.
Təhlükələri yüklərin beynəlxalq daşımaları haqqında Konvesiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması üçün Nazirliyə təkliflər verib.
2024-cü ildə daşıyıcılara 1624 ədəd “TİR Karnet” kitabçası verilib.
Avtodaşıyıcılarımızın xarici ölkələrdə rastlaşdıqları problemlər barədə və onların həlli məqsədilə Nazirliyə təkliflər göndərilib" -deyə K.Qurbanov qeyd edib.
Müəllif: Elmir Murad