10:23 - 25.12.2024
25 dekabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu hər il mənfəətlə işləyib.
ABC.AZ xəbər verir ki, bunu media mənsubları üçün keçirilən təlimdə Fondun İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov deyib.
Onun sözlərinə görə, hazırda Fondun nizamnamə kapitalı 1 milyard 68 milyon manatdır.
İ.Kələşov deyib ki, bu illər ərzində Fond tərəfindən kapital bazarlarına təqribən 3 milyard manata yaxın vəsait cəlb edilib.
"Fondun hazırkı dövrə olan istiqrazlarının həcmi 2 milyard manatdan artıqdır. Fondun əsas nizamnamə kapitalı dövlət büdcəsindən formalaşır. Artıq bizim nizamnamə kapitalımız 1 milyard 068 milyon manatdan çoxdur. Fond yüksək kapitallaşma səviyyəsinə malikdir. Kapitalın aktivlərə nisbəti 33,4% təşkil edir", - deyə o bildirib.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026