11:44 - 24.12.2024
24 dekabr, Fineko/abc.az. Amerikanın “Xerox” şirkəti printer istehsalçısı “Lexmark International”ı almaq istəyir.
ABC.AZ xəbər verir ki, bu barədə şirkət öz saytında məlumat yayıb.
Satışla bağlı artıq razılığa da gəlinib. Əməliyyatın məbləği 1.5 milyard dollar təşkil edəcək ki, bura şirkətin mövcud sahibləri – Asiya investisiya şirkətləri olan “Ninestar Corp”, “PAG Asia Capital” və “Shanghai Shouda Investment Centre” daxildir.
Satınalmanı maliyyələşdirmək üçün “Xerox” illik dividendlərini yarıya endirəcək (bir səhm üçün 1 dollardan 0.5 dollara qədər). Sövdələşmənin gələn ilin ikinci yarısında bağlanacağı gözlənilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026